Bu gündən etibarən dövlət ümumtəhsil məktəblərində yaradılan məktəbəhazırlıq qruplarında məşğələlər başlayır.
Tehsil-press.az xəbər verir ki, məktəbəhazırlıq qruplarında təhsil dövlət hesabına aparılacaq və ölkənin bütün şəhər və rayonlarında fəaliyyət göstərəcək.
Dövlət ümumi təhsil məktəblərində yaradılmış məktəbəhazırlıq qruplarına 5 yaşı həmin il tamam olmuş uşaqlar qəbul olunurlar. Bununla belə, valideynlərin çoxsaylı müraciətlərini nəzərə alaraq, yaradılmış qrupların sayını artırmamaq şərti ilə uşaq sayı norması imkan verdiyi halda, 2010-cu ildə anadan olmuş, lakin məktəb yaşına çatmamış uşaqların da valideyninin arzusuna görə məktəbəhazırlıq qruplarına cəlbi yerli təhsili idarəetmə orqanlarına tövsiyə edilib. Məşğələlər həftədə 4 (dörd) gün keçiləcək.
Məktəbəhazırlıq qruplarında Ətraf aləmlə tanışlıq, Savad təliminə hazırlıq və nitq inkişafı, Bədii təfəkkürün inkişafı, Məntiqi və riyazi təfəkkürün inkişafı, Təsviri fəaliyyət, Musiqi və Fiziki mədəniyyət dərs məşğələləri tədris ediləcək.
Tehsil-press.az