Azərbaycanda uşaq-qatillər də var

Azərbaycanda uşaq-qatillər də var Azərbaycanda cinayət törətmiş 14-18 yaşadək uşaqların sayının ötən illərlə müqayisədə azalmasına baxmayaraq, belə hallara hələ də rast gəlinir.

2013-cü ildə Azərbaycanda cinayət törətmiş şəxslərin 3,5 faizi 14-18 yaşadək uşaqlar olsa da, ötən il bu göstərici azalaraq, 2,9-a enib.
Tehsil-press.az-ın Dövlət Statistika Komitəsinin göstəricilərinə istinadən verdiyi məlumata görə, ötən il Azərbaycanda yaşı 14-18-dək olan uşaqlar tərəfindən və ya onların iştirakı ilə 467 cinayət törədilib. Ötən il cinayət törətmiş şəxslərin 477 nəfəri 14-18 yaşadək uşaqlar olub.
Həmin uşaqların 233-nün cinayəti oğurluqla bağlı olub ki, bu da ötən illərlə müqayisədə çoxdur.
2010-cu ildə oğurluqla bağlı cinayət törədən uşaqların sayı 145 olduğu halda, 2011-ci ildə onların sayı 189, 2012-ci ildə 178, 2013-cü ildə 221, 2014-cü ildə 217, 2015-ci ildə isə 233 nəfər olub.
Uşaqların ötən il törətdiyi cinayətlərin 13-ü soyğunçuluq, 9-u quldurluq, 5-i dələduzluq, 31-i xuliqanlıq, 7-si narkotik vasitələrlə bağlı və s. olub.
Ötən il cinayət törətmiş uşaqların 115-i 14-16 yaşadək, 362-i 16-18 yaşadək olub. Cinayət edən uşaqların 466-ı oğlan, 11-i qız olub. Cinayətlərin 328-i qrup şəkilndə törədilib.


Tehsil-press.az

Oxşar xəbərlər