Prezident İlham Əliyev Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Ukraynanın Mədəniyyət Nazirliyi arasında 2016-2020-ci illər üzrə mədəniyyət və incəsənət sahəsində əməkdaşlığa dair 2016-cı il iyulun 14-də Bakı şəhərində imzalanmış Proqramın təsdiq edilməsi haqqında fərman imzalayıb.
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi bu Proqramın müddəalarının həyata keçirilməsini təmin edəcək. Azərbaycan Xarici İşlər Nazirliyinə Proqramın qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Ukrayna Hökumətinə bildiriş göndərmək tapşırılıb.
Dövlət başçısı Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Ukraynanın Dövlət Fiskal Xidməti arasında malların hava nəqliyyatı ilə daşınmasına dair gömrük hüquqpozmaları ilə mübarizə sahəsində qarşılıqlı fəaliyyət haqqında 2016-cı il iyulun 14-də Bakı şəhərində imzalanmış Protokolun təsdiq edilməsi barədə də fərman imzalayıb.
Tehsil-press.az