PKK-ya qarşı əməliyyatlar: 417 terrorçu məhv edilib

PKK-ya qarşı əməliyyatlar: 417 terrorçu məhv edilib Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı avqustun 29-dan etibarən aparılan antiterror əməliyyatları ilə bağlı məlumat yayıb.

Tehsil-press.az Baş Qərargaha istinadən xəbər verir ki, əməliyyatlar çərçivəsində PKK terror təşkilatının 417 üzvü məhv edilib, 88 hərbi qulluqçu ölüb.
Məlumatda qeyd olunur: "Avqustun 29-dan aparılan əməliyyatlar çərçivəsində PKK üzvü olan 537 terrorçu zərərsizləşdirilib. Onlardan 417-si məhv edilib, 61-i yaralanıb, 41-i təslim olub, 18-i isə tutulub. Əməliyyatlar zamanı 88 türk hərbçisi həlak olub, 152-si xəsarət alıb. Bundan başqa, terrorçulara məxsus külli miqdarda silah-sursat ələ keçirilib".

Tehsil-press.az

Oxşar xəbərlər