Kapital Bank sərfəli şərtlərlə manatla nağd pul krediti təklif edir

Kapital Bank sərfəli şərtlərlə manatla nağd pul krediti təklif edir Kapital Bankın “Ürəyindən keçənlər üçün” adlı aksiyası davam edir. Bu barədə Tehsil-press.az-a bankdan məlumat verilib. Şərtlərə görə ayda cəmi 79 manat ödəməklə, 2000 manat nağd pul krediti almaq olar.

Qeyd edək ki, “Gündəlik tələbat krediti”nin məbləği 300 – 15 000 manat təşkil edir, müddəti isə 40 ayadək rəsmiləşdirilə bilər. Bu məhsul maaş və ya pensiyasını Kapital Bank-dan alan müştərilərə şamil edilir. Kredit rəsmiləşdirilməsi üçün maaş və ya pensiya kartı, həmçinin şəxsiyyət vəsiqəsi tələb olunur.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 90 filialı və 2 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.


Tehsil-press.az

Oxşar xəbərlər