Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində bu ilin oktyabrında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.
Nazirlikdən tehsil-press.az-a bildiriblər ki, ötən ay ərzində Vətəndaşlarla iş bölməsinə 15 min 512 müraciət daxil olub. Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 11 min 425 zəng (2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,2 dəfə az) qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzində isə 4 min 87 vətəndaşa xidmət göstərilib.
Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll edilib. Vətəndaşların Qəbulu Mərkəzində 1971 sənəd (634 ərizə, 863 məktub, 474 digər sənəd) qəbul olunub və qeydiyyata alınıb.
Daxil olan müraciətlər daha çox müəllimlərin işə qəbulu, ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya), tələbələrin yerli ali təhsil müəssisələrinə köçürülməsi, təhsil haqqından azadolunma və digər məsələlərlə bağlı olub.
Tehsil-press.az