Bu gün tələbə olmaq istəyənlərə ayrılan vaxt bitir

Bu gün tələbə olmaq istəyənlərə ayrılan vaxt bitir Ərizə qəbulunun vaxtı saat 13:00-a kimi uzadılıb.

I-IV qruplar üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün ərizə qəbulunun müddəti bu gün bitir. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından ANS PRESS-ə verilən məlumata görə, vaxt bu gün saat 13:00-da bitəcək. Hal-hazırda elektron ərizə dolduranların sayı 84 min 290, ərizələrini təsdiq edənlərin sayı isə 81 min 308 nəfərdir.
2 min 982 abituriyent elektron ərizəsinə özü haqqında məlumatları daxil etsə də həmin ərizələr təsdiq olunmayıb. Onlardan 400 nəfəri ümumtəhsil müəssisələrinin cari il məzunlarıdır və ərizələrini özləri təsdiq etməlidirlər. Digər abituriyentlər tələb olunan sənədləri təqdim etməklə elektron ərizələrini müvafiq Sənəd Qəbulu Komissiyalarında (SQK) təsdiq etdirirlər. SQK-lar 29 aprel saat 13:00-dək fəaliyyət göstərəcəklər.
Elektron ərizə təqdim etmiş abituriyentlərə öz elektron ərizələrinə daxil olub baxmaq və təsdiq olunub-olunmadığını müəyyənləşdirmək tövsiyə olunur.
Məlumat üçün bildiririk ki, elektron ərizəsi təsdiq olunmayan abituriyentlərin ərizəsində “Elektron ərizə sənəd qəbulunun sonunadək təsdiq olunmalıdır” məlumatı göstərilir. Ərizələri təsdiq olunmayan, həmçinin ərizə təqdim etməyən abituriyentlər qəbul imtahanına buraxılmayacaqlar. 2016-cı ildə keçiriləcək imtahanların və tədbirlərin tarixləri ilə buradan tanış ola bilərziniz.

tehsil-press.az

Oxşar xəbərlər