XİN: Rusiya ABŞ ilə vizasız rejimə keçməyə hazırdır

XİN: Rusiya ABŞ ilə vizasız rejimə keçməyə hazırdır Rusiya əvvəlki kimi ABŞ ilə viza rejiminin ləğvi barədə danışıqlar aparmağa hazırdır, lakin bu, sanksiya siyasəti kontekstində çətin ki mümkün olsun.

Tehsil-press.az-ın məlumatına görə, bunu TASS-a açıqlamasında Rusiya Xarici İşlər Nazirliyinin (XİN) Konsul departamentinin direktoru Yevgeni İvanov deyib.
Onun sözlərinə görə, Rusiya nəinki ABŞ, eləcə də digər ölkələrlə qarşılıqlı olaraq viza rejiminə keçməyə hazırdır.
Xatırladaq ki, 2011-ci ildə Rusiyanın Baş naziri olmuş Vladimir Putin ABŞ-ın vitse-prezidenti Cozef Baydenə iki ölkə arasında vizasız rejim haqqında danışıqlara başlamağı təklif etmişdi. C.Bayden isə bu təklifi "yaxşı ideya" adlandırmışdı.

Tehsil-press.az

Oxşar xəbərlər