6 il əvvəl ölən anasının yastığından milyonlar tapdı

6 il əvvəl ölən anasının yastığından milyonlar tapdı Adanada heyvan alveri ilə məşğul olan İbrahim Çakar 6 il əvvəl vəfat edən anasının yastığında milyonlarla lirəlik banknotlar görüncə şok olub.

Tehsil-press.az-ın Türkiyə mətbuatına istinadən xəbər verir ki, sonsuz qadınların müalicəsi ilə məşğul olan Zəhra Çakar 6 il əvvəl, 85 yaşında vəfat etdikdən sonra oğlu anasının əşyalarını ayrıca otağa yığıb. Bir neçə gün əvvəl başqa bir evə köçən ailə təmizlik işləri aparmaq qərarına gəlib.
İbrahim Çakarın həyat yoldaşı qayınanasının sağlığında heç kimə vermədiyi yastığının yununu sökdükdə içindən milyonlarla lirəlik baknot tapıb. Ailə bir anda milyonçu olmağın sevincini yaşasa da, tezliklə məlum olub ki, pullar 2005-ci ildə tədavüldən düşüb.

Tehsil-press.az

Oxşar xəbərlər