A.Colinin çəkisi 35 kiloqrama düşüb.

A.Colinin çəkisi 35 kiloqrama düşüb. Məşhur aktrisa xəstəxanaya düşdü, həyat yoldaşı boşanacağını dedi

Dünya şöhrətli aktrisa Ancelina Coli xəstəxanaya yerləşdirilib. ANS PRESS-in məlumatına görə, aktrisanın arıqlaması kritik həddə çatıb. A.Colinin çəkisi 35 kiloqrama düşüb. 
"Yemək yeməsən boşanacağıq"
Məlumata görə, aktrisanın arıqlması həyat yoldaşı Bred Piti də qəzəbləndirib. Hətta aktyor həyat yoldaşınada sərt ultimatum qoyub. O, Coli yemək yeməsə boşanacaqlarını deyib. Cazibədar aktrisa isə səhhətində problem olmadığını və arıqlamağa davam edəcəyini bildirib. İddiaya görə, Bred Pit A.Colini xəstəxanaya özü yerləşdirib ki, həkimlərin nəzarəti altında aktrisa qidalana bilsin.

A.Colinin çəkisi 35 kiloqrama düşüb.
Ancelina Coli - aktrisa

Bir müddət əvvəl, 40 yaşlı aktrisa zərifliyi ilə heyranlarını təəccübləndirib. Onun  Los-Ancelesdəki mərasimlərin birində həddindən artıq arıqladığı diqqətdən yayınmayıb.
Ancelina Coli və Bred Pittin 6 uşağı var - 3 qız, 3 oğlan. Lakin onlardan yalnız 3-ü doğmadır. Digər 3 uşağı isə Ancelina övladlığa götürüb.  Bir neçə ay əvvəl aktrisanın əməlliyatı baş tutub. Əməliyyat zamanı onun yumurtalıqları və analıq borusu (fallopian) götürülüb. Ancelina Coli doğuş qabiliyyətini (menepauza) itirib.

tehsil-press.az