Bu qurumun səlahiyyətləri artırıldı - Fərman
Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb. Tehsil-press.az-ın məlumatına görə, fərmanda qeyd olunur ki, “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haqqında Əsasnamə”yə 9.4-1-ci bənd əlavə edilsin. Həmin bənd komitəyə yaşıllıqların bərpası üçün ərazilərin ayrılmasına rəy vermək səlahiyyətini verir.
Tehsil-press.az
- Baxış: 5679
Xəbərin tarixi: 24.11.2016 / 07:56
-
Oxşar xəbərlər