Dekabrın 9-da Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən Bakının Pirallahı, Xəzər və Sabunçu rayonları üzrə səyyar qəbul keçiriləcək.
Bakıdakı 311 nömrəli tam orta məktəbdə (ünvan: Sabunçu rayonu, Şəhər şossesi, döngə 6) təşkil olunacaq səyyar qəbul saat 10:00-da başlanacaq.
Səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmini üçün sistemli iş aparılması məqsədlərinə xidmət edir.
Qəbulda müəllim və valideynləri narahat edən məsələlər BŞTİ-nin rəhbərliyi və struktur bölmə əməkdaşları tərəfindən öyrəniləcək, problemli məsələlər araşdırılacaq, müvafiq təşkilati və maarifləndirmə tədbirləri görüləcək.

BŞTİ-nin Mətbuat Xidməti