Təlimlərdə iştirak etmiş və hazırda məktəbəhazırlıq qruplarında məşğələ aparan müəllimlər üçün noyabrın 16-da sertifikatlaşdırma imtahanı keçiriləcək. İmtahan Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşkilatçılığı ilə Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu tərəfindən aparılır.
BŞTİ-dən tehsil-press.az-a bildirilib ki, Bakı şəhəri üzrə üç mərkəzdə təşkil olunan imtahan bir saat davam edəcək. İmtahan Xəzər, Suraxanı, Sabunçu, Pirallahı rayonları üzrə 252, Nərimanov, Xətai, Nizami rayonları üzrə 62, Binəqədi, Qaradağ, Yasamal, Nəsimi və Səbail rayonları üzrə 18 nömrəli tam orta məktəbdə təşkil olunacaq.
İmtahanda iştirak edən müəllimlərə sertifikat veriləcək.
Tehsil-press.az