Noyabrın 18-də paytaxtın Sabunçu, Xəzər və Pirallahı rayonları üzrə növbəti səyyar qəbul keçiriləcək.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) tehsil-press.az-a bildirilib ki, tədbir Xəzər rayonundakı 117 nömrəli tam orta məktəbdə saat 10-da başlanacaq.
Qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmini üçün sistemli iş aparılması məqsədilə təşkil edilir.
Səyyar qəbulda müəllim və valideynləri narahat edən məsələlər BŞTİ-nin rəhbərliyi və struktur bölmə əməkdaşları tərəfindən dinləniləcək, problemli məsələlər araşdırmaya yönəldiləcək, müvafiq təşkilati və maarifləndirmə tədbirləri görüləcək.
Tehsil-press.az