Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) “75 məktəb” layihəsi çərçivəsində görüşlərə başlanılıb.
BŞTİ-dən tehsil-press.az-a bildirilib ki, layihə çərçivəsində ilk görüş Qaradağ rayonundakı 233 nömrəli tam orta məktəbdə təşkil olunub.
Burada keçirilən “dəyirmi masa”da layihəyə cəlb olunan məktəblərin tədris göstəricilərinin təhlili, minimum proqramların təqdimatı və davamiyyətin monitorinqi məsələləri müzakirə edilib.
Bildirilib ki, BŞTİ 2016-2017-ci tədris ili üzrə fəaliyyətini “Təhsili dəyərə çevirək” devizi altında reallaşdırır. Bu məqsədlə il ərzində həyata keçiriləcək 25 yeni layihədən biri də “75 məktəb” layihəsidir.
Layihənin məqsədi keyfiyyətli tədris, birgə rəhbərlik, məktəblərin təşkilati mədəniyyətinin inkişafı, təhsil sahəsindəki yeniliklərin uğurla icra olunması kimi dəyərləri təbliğ etməkdir.
Tehsil-press.az