Tbilisi Dövlət Universitetində azərbaycanlı tələbələr üçün “Hüquqi maarifləndirmə” təlim kursu keçirilib

Tbilisi Dövlət Universitetində azərbaycanlı tələbələr üçün “Hüquqi maarifləndirmə” təlim kursu keçirilib İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetində (TDU) azərbaycanlı tələbələr üçün “Hüquqi maarifləndirmə” təlim kursu keçirilib.
Təlimdə azərbaycanlılarla yanaşı, gürcü, rus və digər millətlərdən olan tələbələr də iştirak ediblər.
Gürcüstanın Azərbaycanlı Hüquqşünaslar Assosiasiyasının (GAHA) təsisçisi, hüquq üzrə magistrant Əli Bədirov tələbələrə Gürcüstanın Konstitusiyası, Azərbaycanın, Gürcüstanın, Rusiya və ABŞ-ın seçki sistemləri, oxşar və fərqli cəhətlər, proporsional və majoritar seçki sistemləri barədə məlumat verib. Gürcüstanda milli azlıqların hüquqları, qaçqınların və məcburi köçkünlərin problemlərinin hüquqi həlli yolları, seçkilərdə iştirakı, dövlət orqanlarında təmsilçilik hüquqları barədə tələbələrin sualları cavablandırılıb.
Əli Bədirov jurnalistlərə müsahibəsində deyib ki, TDU-nun gürcü dili hazırlığı kursunun tələbələrinin təşəbbüsü ilə keçirilən təlimin məqsədi onların hüquqi biliklərini artırmaqdır. Bu təlimlərdə tələbələrə sosial, cinayət, seçki və bərabərlik hüquqları barədə məlumatlar verilir. Bu cür təlimlər davamlı olacaq və digər ali təhsil ocaqlarında da təşkil ediləcək.

Tehsil-press.az


Tbilisi Dövlət Universitetində azərbaycanlı tələbələr üçün “Hüquqi maarifləndirmə” təlim kursu keçirilibTbilisi Dövlət Universitetində azərbaycanlı tələbələr üçün “Hüquqi maarifləndirmə” təlim kursu keçirilib

Oxşar xəbərlər