Noyabrın 9-da Tbilisi Açıq Universitetində Azərbaycanın Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib.
Universitetin beynəlxalq münasibətlər fakültəsinin tələbəsi Səbinə Novruzzadənin təşkilatçılığı ilə keçirilən tədbirdə bu ali təhsil ocağının rəhbərliyi, professor və müəllim heyəti, həmçinin azərbaycanlı və gürcü tələbələr iştirak ediblər.
Əvvəlcə Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra tələbələr Azərbaycanın dövlət himnini oxuyublar.
Daha sonra çıxış edən S.Novruzzadə Azərbaycanın dövlət atributlarından biri olan üçrəngli bayrağımız haqqında məlumat verib, Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafında tələbələrin rolundan bəhs edib. Bildirib ki, Azərbaycan ilə Gürcüstan arasında münasibətlərin qədim tarixi var. Müstəqillik illərində əlaqələrimiz yeni müstəvidə daha da inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.
Universitetin Azərbaycan bölməsinin dekanı Meki Lobjanidze çıxışında ölkələrimiz arasındakı dostluq və qardaşlıq əlaqələrinin tarixinə nəzər salıb, tələbələri bu münasibətləri daha da genişləndirməyə və inkişaf etdirməyə səsləyib. Vurğulanıb ki, Azərbaycanın və Gürcüstanın əraziləri işğal olunub. Gənc nəsil bunu bilməli və işğal faktı ilə barışmamalı, torpaqlarımızın sülh yolu ilə azad olunması üçün bütün mümkün vasitələrdən istifadə etməyə hazır olmalıdır.
Sonra universitetin müəllimi, Gürcüstanda nəşr olunan “Təhsil” qəzetinin redaktoru Abay Paşayaev, müəllim İlham Mehdiyev, Aktiv Qadınlar Assosiasiyasının sədri Gültəkin Mustafayeva, Cavaxişvili adına Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən “Azərbaycanın dostları” klubunun əlaqələndiricisi Leyla Əmrahova və başqaları çıxış edərək Azərbaycan dövlətinin inkişafından, ölkələrimiz arasındakı əlaqələrin qədim tarixindən söz açıblar.
Tehsil-press.az