BMT-nin Baş Assambleyası Haitidə vəba ilə mübarizə üzrə yeni strategiyanı dəstəkləyib

BMT-nin Baş Assambleyası Haitidə vəba ilə mübarizə üzrə yeni strategiyanı dəstəkləyib BMT-nin Baş Assambleyası Pan Gi Munun Haitidə vəba ilə mübarizə üzrə təklif etdiyi yeni strategiyasını dəstəkləyib.
Tehsil-press.az BMT-nin saytına istinadla xəbər verir ki, strategiyaya vəba hallarının azalması və müalicəsi üzrə səylərin birləşdiriliməsini, 2010-cu ildə vəba epidemiyasının yayılması nəticəsində xəstələnmiş insanlara maddi yardım göstərilməsini nəzərdə tutur.
Vəba epidemiyası Haitidə 2010-cu ilin oktyabrında baş verib və bütün ölkəni əhatə edib. O vaxtdan təxminən 800 min nəfər vəbaya yoluxub. Ən azı 9 min xəstəlik halı ölümlə nəticələnib. Beynəlxalq birliyin səyləri sayəsində xəstəlik hallarının sayı 2011-ci ilin göstəriciləri ilə müqayisədə 90 faiz azalıb, lakin virus hələ də yayılmaqda davam edir və onun qarşısını almaq üçün əlavə resurslar səfərbər etmək lazımdır.
Yaxın iki ildə yeni strategiyanın reallaşdırılması üçün təxminən 400 milyon ABŞ dolları tələb olunur.

Tehsil-press.az

Oxşar xəbərlər