Haitinin iki milyona yaxın sakini bir ay əvvəl baş vermiş dağıdıcı “Metyu” qasırğasından sonra ciddi ehtiyac içərisində yaşayır və doyunca yemək tapmır.
Tehsil-press.az Euronews telekanalına istinadla xəbər verir ki, humanitar təşkilatlar Haitidə yaranmış vəziyyətlə bağlı həyəcan təbilləri çalır. Lakin ölkə prezidenti Joselerm Priver əmin edir ki, o, vəziyyəti nəzarətdə saxlayır və aclıqdan ölüm hallarına yol verməyəcək. Kənd təsərrüfatı nazirliyinin fikrincə, kütləvi aclığın qarşısını almaq üçün 30 milyon dollar ayrılmalı və qışa bu aydan başlayaraq hazırlıq tədbirləri görülməlidir.
Son bir ayda Haitiyə 788 ton ərzaq çatdırılıb. Lakin pis təşkilatçılıq yardımın qeyri-bərabər bölünməsinə səbəb olur ki, bu da narazılıq doğurur. Ölkənin cənubunda polis artıq iki dəfə kütləyə atəş açıb və nəticədə iki yeniyetmə ölüb.
Rəsmi məlumatlara görə, qasırğa nəticəsində 546 nəfər həlak olub. Bəzi humanitar təşkilatlar isə hesab edirlər ki, bu, azaldılmış rəqəmdir. Ölkədə, həmçinin 175 min nəfər evsiz qalıb. İqtisadi zərər təxminən 2 milyard dollar təşkil edib ki, bu da Haitinin ümumi daxili məhsulunun 20 faizinə bərabərdir.
Tehsil-press.az