Yatsam yuxuma da girməzdi ki, səhranın ortasında 5 ulduzlu otel kompleksi qurmaq olarmış. Amma ərəblər bunu bacarıblar.
Ras əl Xaima əmirliyinin “Banyan Tree Al Wadi” otel kompleksi yerli və xarici turistlərin ən çox üz tutduğu gözəl istirahət güşələrindən biri sayılır. Əmirliyin şeyxinə məxsus olduğu deyilən villardan ibarət bu komleks səhranın 100 hektar ərazisində salınıb.
Otel kompleksinə daxil olanda artıq axşam saatları olduğu üçün ətrafda adam gözümə dəymirdi. Ərazinin çox sakit olması diqqətimi çəkdi. Otel xidmətçisindən öyrəndim ki, hazırda bütün villalar 90 faiz doludur. Elə qonaqları da bura cəlb edən səbəb ərazinin məhz insanlara belə hüzur verməsidir.
Kompleks ərazisində şəxsi avtomobillər “reception” yaxınlığında park olunur və bundan sonra nəqliyyat vasitəsi olaraq sizə velosiped və elektrik ilə işləyən kiçik avtomobillər təklif olunur. Otel ərazisində vaxtı maraqlı keçirmək üçün hər cür şərait yaradılıb. Burada səhraya müxtəlif turlar, ov quşlarının çıxışından ibarət nümayiş, səhraya xas olan heyvanların qoruğuna səfər, qolf meydançası, ox atmaq üçün məşq yerləri, səhra gəmisi – dəvə üzərində səyahət və ən əsası “oazis” – vahə görmək üçün gözəl imkanlar təklif olunur.
Otel kompleksində yerləşən hər bir nömrə villalardan ibarətdir. Ənənəvi ərəb üslubunda yüksək tavan və müxtəlif rənglərlə dizayn edilmiş hər bir nömrə kondisionerlərlə təmin olunub. Hər bir nömrənin ayrıca hovuzu, günəş vannası qəbul etmək üçün qapalı həyəti var. Bir sözlə, kompleksdə istirahəti yüksək səviyyədə təmin etmək üçün hər bir detal nəzərə alınıb.
Otel kompleksində yerləşən restoranda əsasən Asiya mətbəxi üstünlük təşkil edir. Kompleksdə dünyanın nadir su terapiya spa mərkəzi və masaj xidmətləri qonaqların istirahətlərini ən ali səviyyədə həyata keçirməsi üçün imkanlar təklif edir.
Buradan şəhər mərkəzinə getmək elə də çətin sayılmaz. Amma bunun üçün yalnız taksi xidmətindən istifadə etmək lazım gələcək.
Ras əl Xaima əmirliyinin mərkəzi hissəsi İran körfəzi ətrafında yerləşir. Ümumilikdə, bu əmirlik BƏƏ-nin yeddi əmirliyindən biri sayılır. Təxminən 300 min əhalisi olduğu deyilən bu şəhərin yalnız 100 mini yerli ərəblərdir.
BƏƏ-nin ən yüksək dağ zirvəsi də elə Ras əl Xaimada yerləşir. Omanla sərhəddə yerləşən Jabal Al Jays zirvəsinin hündürlüyü təxminən iki min metr dəniz səviyyəsindən yüksəklikdə yerləşir. Bu zirvədən gecə və gündüz vaxtı şəhərə, eləcə də dənizə çox möhtəşəm mənzərə açılır.
Ras əl Xaimanın digər görməli yerlərindən biri də Dhayah Fort adlnanan 16-cı əsrdə kərpicdən inşa olunmuş qaladır. Şəhərin ən strateji nöqtəsində yerləşən bu qaladan bir vaxtlar düşməndən müdafiə olunmaq üçün istifadə olunub. Körfəzə və şəhərə gözəl mənzərəsi olan bu qala indi turistlərin görmək istədiyi mühüm yerlərdən biri sayılır.
Ras əl Xaimanın sərt yayı və müalyim qışı var. Yay vaxtı burda havanın hərarəti 50 dərcəyə qədər çata bilir. Qışda isə havanın hərarəti 20-35 dərəcə arasında dəyişir. Çimərliklə əhatə olunan şəhər burda günəş vannası qəbul etmək üçün əla imkan yaradır.
Bir saatlıq yolu qət etməklə Dubay hava limanından da bura gəlmək mümkündür. Ras Al Xaima ilə Dubay arasında məsafə təxminən 110 KM uzunluğundadır. Geri qayıdanda fərqlilik olsun deyə bu dəfə “Qatar Airways” ilə Dubaydan uçmaq qərarına gəldim.
Bu hava yolu şirkəti əksər uçuşlarını məhz Qətərin Hamad Beynəlxalq Hava limanınından keçməklə təşkil edir. Hava limanındakı sərnişinlər üçün yaradılmış şərait və imkanlar isə ayrı söhbətin mövzsusudur.
Tehsil-press.az