Dünyanın ən çox yüklülüyü olan hava limanı ABŞ-da yerləşir

Dünyanın ən çox yüklülüyü olan hava limanı ABŞ-da yerləşir Dünyanın ən çox yüklülüyü olan hava limanı ABŞ-ın Atlanta Ştatında olan Harstfil-Cekson aeroportudur.

Tehsil-press.az CNN-ə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Hava Limanları Şurasının məlumatında deyilir. Atlantanın limanı 2015-ci ildə 100 milyondan çox sərnişinə xidmət edib və 2014-ci illə müqayisədə 5,5% artım göstərib. Harstfil-Cekson ABŞ-ın 80% əhalisi üçün 2 saatlıq məsafədə yerləşən aeroportdur və ölkənin bir çox iri aviaşirkətləri üçün baza-hava limanı sayılır.
Reytinq cədvəlində ikinci yerdə 90 milyon sərnişin ilə (ötən illə müqayisədə artım 4,4%) Pekin aeroportudur. Üçüncü yerdə isə 78 milyon sərnişinlə Dubay hava limanı gəlir.
Dünyanın ən çox yüklülüyü olan hava limanları siyahısında həmçinin Ohara (Çikago), Haneda (Tokio), Hitrou (London), Los-Anceles, Honkong, Şarl de Qoll (Paris) və Dallas hava limanları yer alıblar. Ötən il 2014-ci illə müqayisədə hava nəqliyyatı vasitəsi ilə 6,1% daha çox sərnişin daşınılıb.

tehsil-press.az