Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ifşa etdiyi ceyran oğruları Salyan rayon polis şöbəsi və Şirvan Milli Parkının işçilərinin birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində elə iş başındaca yaxalanıblar. Onların elə parkda çalışdıqları müəyyən edilib.
Şirvan Milli Parkının ərazisində noyabr ayında “Ceyranların tarixi areallarına reintroduksiyası” layihəsi çərçivəsində növbəti dəfə ceyran fərdlərinin tutulması işi həyata keçirilərkən ərazidən ceyranların qanunsuz tutularaq oğurlanması barədə şübhələr yaranıb və Milli park tərəfindən bu istiqamətdə müvafiq araşdırmalara başlanılıb.
Bir müddət aparılan daxili araşdırmalar bu günlərdə öz bəhrəsini verib.
Verilmiş məlumat əsasında dekabrın 24-də polis şöbəsinin əməkdaşları Şirvan Milli parkının işçiləri ilə birlikdə əməliyyat tədbirləri həyata keçirib. Şərti alıcının cəlb edilməsi ilə keçirilən əməliyyat uğurla nəticələnib.
İlqar İsmayılov- Salyan RPŞ-nin müstəntiqi: “Şirvan Milli parkında yeger vəzifəsində işləyən Salyan rayonu, Şəkərli kənd sakini, Nəcəfov Səyyar Vəlixan oğlunun yaşadığı evin həyətindən 5 ədəd aşılanmış ceyran dərisi və adı “Qırmızı kitabda” olan 1 ədəd diri halda ceyran aşkar edilərək götürülmüşdür. İlkin araşdırma zamanı Səyyar Nəcəfov bildirmişdir ki, onda aşkar olunmuş ceyran dərilərini, diri halda olan ceyranı Milli parkın digər işçiləri Ağasıyev İntiqam İsmayıl oğlu və Rzayev İslam İrza oğlu ilə birlikdə qanunsuz olaraq ovlamışdır”.
Həmin gün keçirilən əməliyyat tədbirləri nəticəsində parkın gözətçiləri İntiqam Ağasıyev və İslam Rzayev də şübhəli şəxs qismində saxlanılıb. İntiqam Ağasıyevin həyətyanı sahəsinə baxış keçirilən zaman tövlədə müxtəlif vaxtlarda ovlanmış və aşılanmış 5 ədəd ceyran dərisi, 5 ədəd ceyran buynuzu, İslam Rzayevin evindən isə qanunsuz olaraq əldə edib özündə saxladığı cinayət aləti olan 1 ədəd 16 kalibirli qoşalülə ov tüfəngi aşkar edilib. Bütün bunlar maddi sübut kimi götürülərək şöbəyə gətirilib. Oğrular törətdikləri cinayəti etiraf ediblər. Həmin gün akt tərtib olunaraq ceyran balası Şirvan Milli parkına buraxılıb. Baş vermiş hadisənin nəzarətə götürülməsi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Daxili İşlər Nazirliyinə müraciət edilib. Hazırda faktla bağlı Salyan Rayon Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən xidməti araşdırmalar aparılır.
Tehsil-press.az