Zaqatala qoruğunun ərazisində narkotik bitkilər aşkarlanıb

Zaqatala qoruğunun ərazisində narkotik bitkilər aşkarlanıb Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) və Balakən Rayon Polis Şöbəsinin əməkdaşları əkilən və ya yabanı halda bitən narkoxassəli bitkilərin aşkar edilməsi məqsədilə iyulun 5-də Zaqatala Dövlət Təbiət Qoruğunun ərazisində növbəti əməliyyat axtarış tədbirləri keçirib.

ETSN-in mətbuat xidmətinin rəhbəri İradə İbrahimova Tehsil-press.az-a bildirib ki, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2016-ci il üçün “İş Planı” çərçivəsində birgə keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində Zaqatala Dövlət Təbiət Qoruğunun Gərəkli sahəsinin 9 saylı dolayının 8 yerində müxtəlif ölçülərdə aqrotexniki qaydada qulluq olunmuş narkotik xassəli çətənə bitkisi olduğu güman edilən kollar aşkar edilib.
Eyni zamanda sözügedən ərazidə 3 polietilen örtüklü kiçik istixanada çoxlu sayda kiçik ölçülü narkotik xassəli bitki, 2 yerdə isə çadırdan düzəldilmiş 2 sığınacaq müəyyən olunub.
Hazırda faktla bağlı müvafiq araşdırmalar aparılır.


Tehsil-press.az

Oxşar xəbərlər