“Vəhhabi əməliyyatı” haqda rəsmi açıqlama - 6 nəfər saxlanıldı

“Vəhhabi əməliyyatı” haqda rəsmi açıqlama - 6 nəfər saxlanıldı Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti və Baş Prokurorluq Zaqatala rayonunda vəhhabilərə qarşı keçirilən əməliyyat haqda birgə açıqlama yayıb.

Tehsil-press.az-a daxil olan məlumata görə, daxili işlər, prokurorluq orqanlarının və Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən görülən tədbirlərlə bölgədə dini dözümsüzlük və bölücülük meylləri yayan, vətəndaşları hədə-qorxu və digər zorakı üsullarla öz sıralarına cəlb etməyə çalışan, əhali arasında pozuculuq işləri aparan Zaqatala rayon sakinləri Elşad Musayev, Abakar Qazıyev, İslam Ağalarov, Vüqar Cəbrayılov, Bəşir Həmzəyev və Vaqif Padarov saxlanılıblar.
Üzərlərinə və yaşadıqları ünvanlara baxış zamanı onlardan 2 ədəd avtomat silahı, 2 tapança, 13 əl qumbarası, 310 ədəd müxtəlif çaplı patron, 5 trotil şaşkası, həmçinin təbliği və yayılması qanunla qadağan edilən xeyli sayda dini ədəbiyyat aşkar edilərək götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır. Mütəşəkkil dəstənin cinayətkar əlaqələrinin ifşası, habelə, digər üzvlərinin müəyyən olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.


Tehsil-press.az

Oxşar xəbərlər