ABŞ Konqresi Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır.
Tehsil-press.az bildirir ki, bu barədə "The Hill" ABŞ Konqresinin Nümayəndələr Palatasının Demokrat Partiyasından olan üzvü Adam Şiffə istinadən məlumat yayıb.
Konqres üzvü bildirib ki, Respublikaçılar və Demokrat partiyalarından olan konqresmenlər Rusiyaya qarşı yeni sanksiyaların tətbiq edilməsi təşəbbüsü ilə çıxış ediblər.
"Biz hesab edirik ki, daha çoxunu etmək lazımdır. Düzünü desəm, düşünmürəm ki, həyata keçirilmiş tədbirlər kifayət qədər effekt verə bilsin", - deyə Adam Şiff bildirib.
Şiff vurğulayıb ki, senatorlar Con Makkeyn və Lindsi Qrem sanksiyaların daha güclü paketinin hazırlanması üçün birləşəcəklər.
O, həmçinin əmin olduğunu bildirib ki, əgər ABŞ-ın yeni prezidenti Donald Tramp sələfi Barak Obama tərəfindən qəbul edilmiş sanksiyaları ləğv etməyə çalışsa, Konqresdən daha qətiyyətli tədbirlər gözləmək olar.
Tehsil-press.az