Azərbaycan Türkiyəyə qaz tədarükünü artırıb

Azərbaycan Türkiyəyə qaz tədarükünü artırıb Azərbaycan 2016-cı ilin yanvar-oktyabr aylarında Türkiyəyə 5,31 milyard kubmetr qaz tədarük edib. 2015-ci ilin 10 ayı ərzində bu göstərici 5 milyard kubmetr olub.

Bu barədə Tehsil-press.az Türkiyənin Energetika Bazarının Tənzimlənməsi İdarəsinə (EPDK) istinadən məlumat verir.
Yanvar-oktyabrda Türkiyə 36,42 milyard kubmetr qaz idxal edib ki, bunun da 30,62 milyardı boru kəmərləri ilə nəql olunub, 5,8 milyard kubmetri isə maye qaz idxalının payına düşür.
Türkiyənin ümumi qaz idxalında Azərbaycanın payı ötən ilin yanvar-oktyabrında 14,57 faiz təşkil edib.
Qeyd edək ki, Türkiyə Azərbaycandan qazı Cənubi Qafqaz boru kəməri (Bakı-Tbilisi-Ərzurum) ilə idxal edir. Türkiyə Azərbaycanın "Şahdəniz" qaz-kondensat yatağından illik 6,6 milyard kubmetr qaz alışı haqqında müqaviləyə malikdir.

Tehsil-press.az

Oxşar xəbərlər