Türkiyədə ev alan xaricilər arasında Azərbaycan vətəndaşları ilk onluqda yer alıb. Cari ilin oktyabr ayı ərzində Azərbaycan vətəndaşları Türkiyədə 42 mənzil alıblar.
Tehsil-press.az-ın Türkiyə Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, ev alışında əvvəlki ayla müqayisədə 13,5% artım qeydə alınıb.
Rəsmi statistikaya əsasən, yanvar-oktyabr ayları ərzində ümumilikdə azərbaycanlılar 507 mənzil alıblar.
Qeyd edək ki, Türkiyədə xaricilərə oktyabrda 1 578, yanvar-oktyabr ayları ərzində isə 14 934 ev satılıb. Oktyabrda ən çox ev alan xaricilər siyahısında birinci yerdə İraq vətəndaşları (257 mənzil) qərarlaşıb. Cəmi yanvar-oktyabr ayları ərzində isə iraqlılar 2 507 ev alıblar. Sonrakı yerlərdə Səudiyyə Ərəbistanı (oktyabrda - 159, yanvar-oktyabrda - 1 446) və Küveyt (oktyabrda - 135, yanvar-oktyabrda - 1 379) vətəndaşları qərarlaşıb.
Tehsil-press.az