Maaşlar 10 faiz qalxdı, ərzaq isə 100 faiz bahalaşıb

Maaşlar 10 faiz qalxdı, ərzaq isə 100 faiz bahalaşıb Yanvarın 1-dən Türkmənistanda büdcə təşkilatlarında çalışanların maaşı, təqaütlər, pensiya və müavinərlər 10 faiz artırılıb. Amma ərzaq, sənaye malları və kommunal xidmətlərin bahalaşmasına nəzər salanda, son aylar əhalinin xərclərinin 100% artdığı görünür.

2016-cı il iyulun ortalarında əməkhaqlarının artırıldığı elan edildi. AzadlıqRadiosu Türkmənistan xidmətinin məlumatına görə, bundan dərhal sonra bazar və mağazalarda ərzaq və sənaye məhsullarının qiyməri bahalaşmağa başladı.
Türkmənistandan olan şərhçi Amanmurad Bugaevin sözlərinə görə, son 6 ay ərzində Aşqabadda malların qiyməti və xidmətlər azı 100 % bahalaşıb.“Qiymət artımı prezidentin maaş və pensiyaları 10% artırmasından hələ 6 ay əvvəl başlayıb. 2015-1016-cı illərdə həyat xeyli bahalaşdı, 2016-2017-ci illərdə isə bu daha güclü hiss olunur. Beləliklə maaşların 10 faiz artırılması müqabilində, hər şeyin real qiyməti 100-120% faiz bahalaşıb”, deyə Bugaev bildirir.
Türkmənistan hakimiyyəti təxminən 2 həftə əvvələrzaq və bazarlarda malların bahalaşmasını saxlamağa çalışdı, satıcılardan malları dövlət qiymətinə satmaq tələb olundu.Beləliklə satıcılar yalancı qiymətlər qoymağa məcbur edildi, mallarsa alıcılara hətta baha qiymətə satılsa belə, onların şikayət etməyə belə yerləri yoxdur.
Qeyd edək ki, 2016-cı ilin yanvarından Türkmənistanda milli valyuta olan manatın ABŞ dollarına konvertasiya edilməsi tam dayandırılıb.Bundan dərhal sonra ölkənin bütün regionlarında ərzaq və sənaye məhsullarının qiyməti daima qalxmağa başladı.Nəticədə ölkədə qənd, bitki yağı, ət, un, toyuq əti və yumurta da daxil olmaqla kəskin ərzaq qıtlıq yarandı və hal-hazırda vəziyyət beləcə davam edir.

Tehsil-press.az

Oxşar xəbərlər