Türkiyədən 2 milyon nəfər Həcc ziyarətinə getmək istəyir

Türkiyədən 2 milyon nəfər Həcc ziyarətinə getmək istəyir Türkiyədə Həcc ziyarətinə getmək üçün qeydiyyatdan keçən namizədlərin sayı 2 milyondan çoxdur.

Türkiyə KİV xəbər verir ki, ziyarətə getmək üçün 335 min insan bu il ilk dəfə qeydiyyatdan keçib.
1 milyon 700 min hacı namizədi əvvəldən qeydiyyatda olduğu üçün yeniləri ilə birlikdə onların sayı 2 milyonu ötüb.
Qeyd edək ki, ötən il Türkiyədən Həcc ziyarətinə 59 min 200 zəvvar gedib. Bu il Həcc kvotası artılaraq 80 minə çatdırılıb.

Tehsil-press.az

Oxşar xəbərlər