BMT-nın Sivilizasiyalar Alyansının Bakıda keçirilən VII Qlobal Forumu yüzdən çox ölkəni və onların müxtəlif mədəniyyətlərini əhatə edib. Burada iştirak etməyin əsas məqsədi fikir və mədəniyyət mübadiləsidir. Düşünürəm ki, Azərbaycanın seçimi uğurlu bir seçimdir. Çünki Azərbaycandakı cəmiyyət mədəni müxtəlifliyi ilə səciyyələnir, burada qarşılıqlı hörmət və əmin-amanlıq şəraitində birgəyaşayış mövcuddur. İnsanlar burada sağlam bir mühitdə yaşayırlar. Bu ölkədə fikir mübadiləsi və müxtəlif mədəniyyətlərə qarşı hörmət geniş mənada mövcuddur. Arzum budur ki, forum davamlı olsun. Çünki qarşılıqlı əlaqənin davamı və fikirlərin mübadiləsi həmişə yanlış anlayışları, qavramaları düzəldir və insanları birgə baxışa aparır ki, ümumbəşəri sülh pozulmasın.
Bu fikirləri tehsil-press.az-a müsahibəsində Sivilizasiyalar Alyansının VII Qlobal Bakı Forumunun iştirakçısı, Əl-Cəzirə Media Şəbəkəsinin İnsan Hüquqları və Vətəndaş Azadlığı Mərkəzinin direktoru Sami Muhyiddin əl-Həcc deyib.
O bildirib ki, Əl-Cəzirə Media Şəbəkəsində hər şeydən əvvəl insan amilinə diqqət yetirilir. Buna görə də şəbəkə daxilində İnsan Hüquqları və Vətəndaş Azadlığı Mərkəzi yaradılıb. Mərkəzin özünün ayrıca ofisi, internet səhifəsi və təcrübəli və peşəkar media işçiləri var. Onlar insan problemləri, azadlıqları və hüquqlarına dair yazılarla çıxış edirlər. Media insan hüquqları mədəniyyətinin gücləndirilməsində və yayılmasında mühüm rol oynayır.
Sami Muhyiddin əl-Həcc deyib: “Əl-Cəzirə tamaşaçılarına hər zaman Qarabağdakı vəziyyətlə bağlı həqiqətləri çatdırmağa çalışır. Qoşunların təmas xəttində son toqquşmalar baş verəndə Əl-Cəzirə Türkiyədəki müxbirini dərhal Qarabağ bölgəsinə göndərdi. Hesab edirik ki, Ermənistan beynəlxalq qanunlara, BMT Nizamnaməsinə riayət etməlidir və Azərbaycanın haqqı olanı onun özünə qaytarmalıdır. İndi müharibə zamanı deyil, çünki müharibələr ancaq dağıntı, ölüm, xəstəliklər və hüzn gətirir. İndi, elm, təhsil vaxtıdır. İndi müharibəyə xərclənən vəsaitlər elmə, təhsilə xərclənməlidir ki, inkişaf və tərəqqi olsun. Mən Azərbaycanda bunun şahid oluram”.
Azərbaycanda xeyli dəyişikliklərin baş verdiyini söyləyən Sami Muhyiddin əl-Həcc deyib ki, Bakıda axırıncı dəfə 15 il bundan əvvəl olub. “Ölkə tamamilə dəyişib. Ötən müddət ərzində o qədər yeniliklər olub ki, gördüklərim məni yaxşı mənada təəccübləndirdi. Burada insan kapitalına, təlimə, təhsilə böyük investisiyalar qoyulur. Hazırda insanlar, ələlxüsus da gənclər daha çox savadlıdırlar, imkanları daha genişdir. Azərbaycanda sürətli inkişafın, tərəqqinin şahidi oldum”, - deyə qonaq vurğulayıb.
Rəhbəri olduğu mərkəzin saytında Forumla bağlı əhatəli yazıların yerləşdiriləcəyini söyləyən Sami Muhyiddin əl-Həcc bildirib ki, hazırlanacaq məqalələrdə əsas hədəf tədbirin missiyası və mesajlarına yönələcək. Həmçinin, Forumun gedişi əsnasında və Forum çərçivəsində keçirilən tədbirlər barədə yazılar hazırlanacaq: “Buna misal kimi, şahidi olduğum tədbiri göstərə bilərəm. Orada kiçik yaşlı uşaqlar vardı, onlar çıxış edirdilər, onlar öz arzularını gözəl bir formada ifadə edirdilər. Onların bəziləri Qarabağda başlarına gələn əzab-əziyyətləri nəql edirdilər. Uşaqların hamısı gələcəyə olan arzularını və ümidlərini çox gözəl, aydın, bədii şəkildə çatdırırdılar. Onlar istəyirdilər ki, insanlar bir-biriləri ilə mehriban olsunlar, ünsiyyət qursunlar, ədavət olmasın. Mən bunu hələ heç yerdə görməmişdim”.
tehsil-press.az