BÜRCLƏR - 22 YANVAR

BÜRCLƏR - 22 YANVAR QOÇ - Dəyişkən fikirli insanlarla hər hansı bir işbirliyinə getməyin. Özünüzü qiymətli tutun. Saat 10-11 və 17-19 aralığında ağlınız kəsməyən bütün müzakirələrdən vaz keçin. Axşam gəzintisi yaxşı olar.
BUĞA - Çalışın ki, fəaliyyət və qarşılıqlı münasibətlərdə yanlışlığa yol verməyəsiniz. Əks təqdirdə ciddi problemlərlə rastlaşa bilərsiniz. Bu gün mənəvi dəyərlərə və hörmət qazanmağa daha çox üstünlük verin.
ƏKİZLƏR - Əsas məqsədi işgüzar sövdələşmələrə yönəldin ki, gələcək perspektivlərinizə yol açılsın. Ulduzlar təvəqqe edir ki, bu gün heç kimə yalan vədlər verməyəsiniz və təşəbbüskarlığı əldə saxlayasınız.
XƏRÇƏNG – Köhnə mübahisələrə, yarıtmaz tərəfdaşlarla haqq-hesab çürütməyə vaxt itirməyin. Yalnız böyük ideyalarınız barədə düşünün. Bunu bacarsanız, saat 15-dən o tərəfə uğurlar sizi müşayiət edəcək.
ŞİR – Bu təqvimdə gücünüz artdığından bütün vacib planlarınızı yavaş-yavaş həyata keçirməlisiniz. Yalnız maliyyə məsələləri ilə bağlı ehtiyatlı olun. Nahardan sonra uzaq səfərə cıxmaq planlarınızı gerçəkləşdirin.
QIZ – Ürəyinizdən Tanrı eşqini çıxarmayın, müqəddəs yerlərə baş çəkin, ətrafınızda olan hər kəsə xeyirxahlıq göstərin. Yalnız bu halda uğurlarınız arta bilər. Bu gün uzaq səfərləri mümkün qədər təxirə salın.
TƏRƏZİ – İxtiyarınızda olan bu günü çox rahat şəkildə başa vuracaqsınız. Maddi müstəvidə qazanmaq imkanlarınız da var. Ən başlıcası, ulduzlar aldığınız bütün təkliflərə razılıq verməyinizi təvəqqe edir.
ƏQRƏB – Astroloji göstəricilər əsəblərinizin xeyli sakitləşdiyindən xəbər verir. Bu isə böyük işlər görməyinizə stimul verəcək. Odur ki, proqnozumuzdan xəbər tutan dəqiqədən hərəkətə keçin. Riskdən qorxmayın.
OXATAN – İstənilən situasiyada reallığa uyğun addım atın. Hər hansı qərəz nümayişi yolverilməzdir. Bu gün üzərinizə ağır öhdəliklər də götürməyin ki, dostlar yanında nüfuzdan düşməyəsiniz.
OĞLAQ – Artıq dağı dağ üstünə qoymağa zəmin yaranıb. İnandığınız adamların köməyilə öz hədəfinizə çatmaqda çətinliyiniz olmayacaq. Xüsusən də saat 13-17 aralığı sizin üçün çox düçərli olmalıdır.
SUTÖKƏN – Bürcünüzün Zodiakda möhkəmlənməsi sizə əlavə stimul verəcək. Amma gərək riskli addımlardan çəkinəsiniz. Saat 14-dən sonra bir neçə sürprizlə rastlaşma ehtimalınız var. Qidanıza fikir verin.
BALIQLAR – Qarşınızda neytral bir gün durur. Hər hansı sürpriz və ya uğursuzluq gözlənilmir. Yaxşı olar ki, gün ərzində yalnız adi işlərin həlli ilə məşğul olasınız. Yaxın məsafəyə səfər etmək də olar.

Tehsil-press.az

Oxşar xəbərlər