GÜZGÜ DOSTUNDUR, YA DÜŞMƏNİN?

GÜZGÜ DOSTUNDUR, YA DÜŞMƏNİN?
Güzgünün dostunuz olduğunu bilmək istəyirsinizsə, bəzi sadə qaydaları yadda saxlayın

Yaxşı olar ki, güzgü artırmada şaquli şəkildə asılsın və gedib-gələnlərin fiqurları başdan-ayağa, heç olmasa qurşağa qədər görünmüş olsun. Əgər evinizdə daim kənar şəxslər olursa, onda mütləq güzgünün yanında su ilə dolu vaza olmalıdır ki, bədxah adamların gətirdiyi mənfi enerjini dəf etsin və onlar vazadakı suda batıb boğulsunlar, ailəyə, evə zərər yetirə bilməsinlər. Sizə həftədə bir dəfə vazanın suyunu dəyişmək qalır. Düzbucaqlı güzgüdən vaz keçin, çünki hər hansı bir bucaq neqativ enerji toplayır. Oval şəkilli güzgü əsl siz deyən güzgüdür.
Qonaq otağındakı güzgüdən siz küçəni, yolu, maşınları, küçədən keçənləri görməməlisiniz. Güzgü daxil olan adamları, yaxud əks divarı göstərməlidir.
Yataq otağında ümumiyyətlə güzgü olmamalıdır. Ər-arvadı əks etdirən tavandakı və divardakı güzgülər hətta möhkəm nigahı poza bilər, dava-dalaş, küsülülük yaradar, inamsızlıq və anlaşılmazlığa səbəb ola bilər, sonra da bura sağlamlıqla bağlı problem əlavə olunar.
Mətbəxə güzgü asmaq mütləq deyil, amma əgər güzgü varsa, qoy həmin güzgü mətbəx, yaxud yemək əşyalarını əks etdirsin. Belə güzgü sizin ruzinizi artırar.
Düşmən güzgü. Siz xəstə olan zaman, yaxud yorulanda arabir güzgüyə baxırsınız. Bu zaman heç vaxt güzgü önündə özünüzü söyməyin. Çünki güzgü hər şeyi sizə yada salır. Ona görə də yaxşı olar ki, təbəssümlə güzgüyə yaxınlaşın və güzgüdən aralananda gülün və özünüzə uğur arzulayın. Güzgüdən qayıdan müsbət enerji sizdə olan stresi aradan götürər, əhvalınızı qaldırar, sizi uğura kökləyər.
Heç vaxt evinizə başqasının güzgüsünü asmayın. O güzgü dava-dalaş və küskünlüyün şahidi ola bilər. Əgər qədim güzgü almaq istəyirsinizsə, onu diqqətlə nəzərdən keçirin.
Güzgü haqqında 3 vacib məsələ:
• Evdəki güzgülər tozla örtülməməlidir. Əks halda, onların müdafiə funksiyası azalar və neqativi öyrənirlər.
• Güzgüləri satmaq və komision mağazalarına təhvil vermək olmaz. Əks halda, sizin uğurunuz güzgünü alanın əlinə keçər.
• İşlədilmiş güzgüləri satın almayın. Nəsillərdən-nəsillərə gəlib çatan güzgünün bura dəxli yoxdur. Belə güzgülər sizə xeyirxahlıq gətirər.

“ Pisma Aybolita”
jurnalından
işləyib çapa hazırladı:
IDRIS


GÜZGÜ DOSTUNDUR, YA DÜŞMƏNİN?

Oxşar xəbərlər