Xəbər verdiyimiz kimi, tanınmış psixoloq Dəyanət Rzayev intihar edib.
Tehsil-press.az xəbər verir ki, psixoloqun ölümü sənət adamlarını da sarsıdıb. Aparıcı Xoşqədəm Baxşəliyeva D.Rzayevlə bağlı xatirələrini bölüşüb. O, mərhumun faciəvi ölümündən çox sarsıldığını belə ifadə edib:
"Sabahı bu xəbərlər açdım və çox üzüldüm. Dəyanət dəfələrlə verilişimdə bir psixoloq kimi dəyərli fikirlər söyləyib. Belə bir peşəkar psixoloqun intihar etməsi dəhşətdir. Onunla bağlı yazılan xəbərlərdə oxudum ki, ailəsindən ayrılıbmış və son dönəmlərdə tək yaşayırmış, özünə qapanma kimi hallar və s. Belə bir güclü və necə necə insanı intihar qərarından daşındıran insanın ölümü bir daha göstərdi ki, kimsə nədənsə sığortalanmayıb. Sadəcə həyatı sevin, ailənizi sevin. Sevdiklərinizin əlindən bir bərk-bərk tutun ki, itirdikdən sonra göz yaşı tökməyəsiniz".
Tehsil-press.az