Balakəndə intihar

Balakəndə intihar Balakəndə 25 yaşlı gənc intihar edib.

Hüquq-mühafizə orqanlarından tehsil-press.az-a verilən məlumata görə, mayın 1-i axşam saat 17:30 radələrində Balakən şəhəri, Füzuli küçəsi ev 28 ünvanında yaşayan, 1991-ci il təvəllüdlü Ramazan Şəmsəddin oğlu Piriyevin meyiti evin mətbəxində asılı vəziyyətdə valideyinləri tərəfindən aşkar edilib.
Hadisə yerinə cəlb edilmiş hüquq-mühafizə orqan əməkdaşlarının apardıqları araşdırma zamanı R.Piriyevin intihar etməsi məlum olub. Ramazan Piriyev intihar edən zaman evdə tək olub. Faktla bağlı Balakən Rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma ) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.

tehsil-press.az

Oxşar xəbərlər