Bürclər (29 yanvar)

Bürclər (29 yanvar) QOÇ - Gücünüz çatmayan işlərin qulpundan yapışmayın. Daha çox istirahət edin. Əgər vaxtınız olsa, nahar ərəfəsində mütləq müqəddəs ocaqlara baş çəkin. Kənar təsirlərdən qorunun.
BUĞA - Saat 16-ya qədər ümumi ovqatınızda gərginlik müşahidə olunacaq. Lakin bundan təəssüflənməyin. Çünki bu amil ciddi fəsad yaratmayacaq. Bu gün həmkarlarınızla mülayim davranın.
ƏKİZLƏR - Bütün diqqətinizi fəaliyyətə yönəldin. Lazımi adamların tövsiyələrinə qulaq asmaqla qarşınızı kəsən çətinlikləri dəf edin. Bu gün maliyyə sıxıntılarınız səngiməyə başlayacaq.
XƏRÇƏNG - Saat 12-dən etibarən fəaliyyətinizdə nəzərə çarpan passivlik səngiyəcək. Şəxsi büdcənizdə, insanlarla münasibətlərinizdə, eləcə də ovqatınızda xoş duyğular olacaq.
ŞİR - Rastlaşdığınız bəzi xoşagəlməzliklər saat 14-dən sonra aradan qalxacaq. Fəaliyyətinizə ədalətli yanaşsanız, həmkarlarınızın hörmətini qazana bilərsiniz. Uzaq yola çıxmağa dəyər.
QIZ - Hansısa ciddi narahatçılığınıza ehtiyac yoxdur. Amma yeni işlərə başlamaq haqqında fikirləşməyin. Nahardan sonra maraqlı adamlarla görüş və sövdələşmələriniz olacaq ki, bu da xeyrinizədir.
TƏRƏZİ - Nəyəsə nail olmaq istəyirsinizsə, boş durmamalı, bütün imkanlarınızdan istifadə etməlisiniz. Hansısa mübahisə sizə zərər yetirə bilər. Sevgi amilinə daha mərhəmətlə yanaşın.
ƏQRƏB - İlk növbədə üzərinizə düşən vəzifələrin mahiyyətini anlamalısınız ki, nüfuzunuz itməsin. Bu gün kənardan dəstək də ala bilərsiniz. Pulla bağlı sövdələşmələrinizi isə növbəti aya saxlamağınız məsləhətdir.
OXATAN – Bu gün ilk əvvəl səhhətinizlə bağlı problemləri həll etməyə çalışın. Qan-damar sisteminə vaxtında əncam çəkin. Bu məsləhətlərimizə riayət etsəniz, fəaliyyətinizdə müsbət sıçrayışlar olacaq.
OĞLAQ - Astroloji göstəricilər bu arada daha çox səhhətinizə fikir verməyinizi məsləhət görür. Ələlxüsus da əsəblərinizi sakitləşdirmək üçün bütün gücünüzü səfərbər etməli, sakit guşəyə çəkilməlisiniz.
SUTÖKƏN - Risk tələb edən işlərdən uzaqlaşın. Sizə aidiyyəti olmayan proseslərə müdaxilə etməyin. Bu arada zehni fəaliyyətə ara verin. Şəxsi büdcənizdə problem olmayacaq.
BALIQLAR - Bu gün daha çox təmkin göstərməklə müvəffəqiyyət əldə edə bilərsiniz. Qarşınızda duran vəzifələrin həlli üçün bütün mümkün variantlardan bəhrələnməyə çalışın. Bədxah adamlardan qaçın.

Tehsil-press.az

Oxşar xəbərlər