Telman İsmayılovdan 150 milyard rubl tələb edirlər

Telman İsmayılovdan 150 milyard rubl tələb edirlər Moskvada Çerkizovski bazarının keçmiş sahibi Telman İsmayılovun kreditorları ondan 150 milyard rubl tələb edirlər. Cümə axşamı paytaxtın Arbitraj məhkəməsi artıq bu iş üzrə dinləmələrə başlayıb.

Təhsil-press.az bildirir ki, Çerkizovski bazarı 2009-cu ildə bağlansa da, T.İsmayılov öz kreditorları ilə hələ də hesablaşmayıb. Onlar İsmayılovdan 150 milyard rubl almağa iddia edirlər, ancaq hazırda kreditorların reyestrinə iddia üzrə təxminən 27,8 milyard rubl məbləğ daxil edilib.
O da bildirilir ki, borclunun aktivlərinin dəyəri təxminən 618 milyon rubl təşkil edir.

Təhsil-press.az

Oxşar xəbərlər