Rusiyanın ən zəngin məmur arvadı azərbaycanlıdır

Rusiyanın ən zəngin məmur arvadı azərbaycanlıdır Rusiya KİV-ləri ölkənin ən varlı məmur arvadlarının adlarını açıqlayıblar.

Tehsil-press.az bildirir ki, ilk pillənin sahibi Rusiya baş nazirinin müavini Arkadi Dvorkovoçin həyat yoldaşı -azərbaycanlı Zümrüd Rüstəmova olub. Onun 2015-ci il üzrə gəlirləri 141 milyon 903 min rubl təşkil edib. İkinci yeri Hökümət Aparatının rəhbəri Serqey Prixodkonun arvadı tutub. Onun illik gəliri 132 milyon 609 min rubl olub.
Qeyd edək ki, Zümrüd Rüstəmova 1970-ci ildə doğulub. O, Moskva dövlət iqtisadiyyat və statistika institutunu bitirib. Arkadi Dvorkovoçlə 11 avqust 2000-ci ildə ailə həyatı qurub. Üç uşağı var - Pavel, Vladimir və Denis. Əslən Dərbənddən olan Z.Rüstəmova hazırda Rusiyada qızıl istehsalı ilə məşğul olan Polimetal dağ-mədən şirkəti baş direktorunun müavinidir.

tehsil-press.az

Oxşar xəbərlər