Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev ABŞ-ın ölkəmizdəki səfiri Robert Sekuta ilə görüşüb.
Görüş çərçivəsində Gəncə, Xaçmaz, Salyan və Kürdəmir rayonlarında fəaliyyət göstərən kitabxanalarda Amerika guşələrinin Azərbaycanda yenidən açılmasına dair ikitərəfli anlaşma memorandumu imzalanıb.
Qonağı səmimi salamlayan Əbülfəs Qarayev bildirib ki, imzalanan memorandum uğurla həyata keçiriləcək. Kitabxanalar şəbəkəsində bu layihə artıq bir neçə ildir icra olunur və yenidən imzalanma nəticəsində bu iş daha da geniş vüsət alacaq. Layihə nazirliyin 2017-ci il iş planında mühüm yer tutacaq.
Nazir, həmçinin Azərbaycanın yaxın zamanlarda hazırlaşdığı böyük bir layihədə də ABŞ-ın yaxından iştirak edəcəyinə ümidvar olduğunu vurğulayıb. Bu layihə UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası, ISESCO, Avropa Şurasının Şimal-Cənub Mərkəzinin tərəfdaşlığı ilə cari il mayın 4-dən 6-dək Bakıda keçiriləcək IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumudur. Göründüyü kimi, bu Forum dünyanın aparıcı təşkilatları tərəfindən dəstəklənir və inanıram ki, ABŞ da bu maraqları nəzərə alaraq layihə ilə ciddi şəkildə maraqlanacaq. Artıq Forumda iştirakla bağlı məktub ABŞ Dövlət Katibliyinə göndərilib. Nazir səfiri yeni administrasiya dövründə ilk imzalanmış müqavilə münasibətilə təbrik edərək Azərbaycan ilə ABŞ arasında əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyini diqqətə çatdırıb.
Səfir Robert Sekuta öz növbəsində bildirib ki, anlaşma memorandumu hər iki ölkə arasında faydalı olacaq, həm Azərbaycan, həm də Amerika vətəndaşlarının faydalı məlumatlardan istifadəsinə xidmət edəcək: “Nəzərə alsaq ki, sizin nazirliyə təkcə mədəniyyət sahəsi deyil, həmçinin turizm də daxildir, o zaman Amerika turizm şirkətlərinin də Azərbaycanla əlaqələrinə təkan vermiş olacağıq. Amerika guşələri kitabxanalarda yerləşəcək və yerli əhaliyə internet və maarifləndirici materiallardan pulsuz istifadə imkanı yaradacaq. Bu layihə həm də Azərbaycanlı gənclərin ingilis dilini inkişaf etdirməsi, Amerika mədəniyyəti və cəmiyyəti haqqında məlumat alması üçün mükəmməl bir vasitədir. ABŞ iki ölkə arasında qarşılıqlı anlayış qurmaq istiqamətində daim çalışır. Biz çox şadıq ki, paytaxt Bakıdan kənarda yaşayan gənclər də bizim layihədən tam şəkildə faydalana biləcəklər”.
Görüş hər iki ölkə arasında mədəniyyət və turizm sahəsində qarşılıqlı əlaqələr mövzusunda fikir mübadiləsi ilə davam edib.