Bu barədə "The Thaiger" qəzeti məlumat yayıb.
Məlumatda bildirilir ki, hadisə dekabrın 28-i səhər saatlarında qadınla xarici vətəndaş olan əri arasında mübahisədən sonra baş verib.
Zərərçəkən yaşayış kompleksinin yaxınlığındakı hovuzun kənarında tapılıb. Onun vəziyyəti kritik olub və ciddi xəsarətlər alıb. Xilasedicilər tibbi yardım göstərərək onu xəstəxanaya çatdırıblar.
İlkin məlumata görə, güclü külək qadının yıxılmasını yumşaldıb və ölümün qarşısını alıb.
Polis hadisənin təfərrüatlarını araşdırır. Qadının əri dindirilmək üçün polisə aparılıb.
Tehsil-press.az









