Məktəblərdə yeni cəbhə: müəllimlər "qadın nifrəti"nə qarşı səfərbər edilir

Məktəblərdə yeni cəbhə: müəllimlər Böyük Britaniya hökuməti məktəblərdə qadınlara qarşı nifrətin (mizoginiya) qarşısının alınması məqsədilə müəllimlər üçün xüsusi təlim proqramı tətbiq edir.

Proqram çərçivəsində pedaqoqlar intim görüntülərin yayılmasının təhlükələri, qadınlarla bağlı zərərli miflərin ifşası və gənclər üçün müsbət nümunələrin təşviqi mövzularında hazırlıq keçəcəklər.

Yeni qaydalara əsasən, qadınlara qarşı qərəzli davranış göstərən yeniyetmələr xüsusi davranış korreksiyası proqramlarına yönləndiriləcək. Hökumət bu təşəbbüs üçün 20 milyon funt sterlinqdən artıq vəsait ayırmağı planlaşdırır.

Tədbir cəmiyyətdə birmənalı qarşılanmayıb. Mühafizəkarlar Partiyasının lideri Kemi Badenok bildirib ki, problemin kökü oğlan uşaqlarında deyil, polis resurslarının çatışmazlığında və patriarxal mədəniyyətlərdən olan arzuolunmaz miqrantlardadır.

Tehsil-press.az

Oxşar xəbərlər