Möhtərəm cənab Prezident!Məlum edirəm ki, 2003-cü ildən "Jurnalistlər Həmrəyliyi Komitəsi" İctimai Birliyinə sədrlik edirəm. 40 ildən çoxdur ki, ölkəmizdə jurnalist peşəkarlığının artırılmasında, dördüncü hakimiyyətin cəmiyyətdə öz funksiyasını yüksək səviyyədə gerçəkləşdirməsində müstəsna xidmətlərim vardır. Nüfuzlu "Qızıl Qələm" və "Həsən bəy Zərdabi" media mükafatlarına layiq görülmüşəm.
Layiq görüldüyüm ünvanlar sırasına bu günlərdə biri də əlavə olundu: Sizin Fərmanınızla təsdiqlənən “Azərbaycan Milli Mətbuatının 150 illiyi” medalı. Bu, bizim jurnalist əməyimizə dövlətin verdiyi çox böyük qiymətdir.
Odur ki, bu böyük diqqətə, jurnalistikaya göstərdiyiniz və mənə də bir pay düşən etimada görə Sizə minnətdarlığımı bildirirəm. Sizi 31 dekabr – Dünya Azərbaycanklılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edir, uzun ömür, can sağlığı, ölkəmizin tərəqqisi, xalqımızın firavanlığı naminə fəaliyyətinizdə uğurlar arzulayıram.
Mədət Məmmədov
Azərbaycan "Jurnalistlər Həmrəyliyi Komitəsi" İctimai Birliyinin sədri:
Azərbaycan "Jurnalistlər Həmrəyliyi Komitəsi" İctimai Birliyinin sədri:
Tehsil-press.az








