BDU THİK 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirib

BDU THİK 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirib 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə Bakı Dövlət Universitetində Tələbə Həmkarlar İttifaqı Komitəsi tərəfindən tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan BDU THİK sədri Daşqın Qənbərov qeyd edib ki, Azərbaycan qadınları Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə seçib-seçilmək hüququ qazanaraq ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak etməyə başlayıb, sürətlə maariflənən qadınlarımız yüzillərdən bəri formalaşmış milli dəyərlərə sadiq qalmaqla ana dilimizin, mədəniyyətimizin və mənəviyyatımızın ən etibarlı dayağı olublar. Keçmişimizin unudulmaz səhifələrindəki möhkəm iradəyə malik görkəmli qadın şəxsiyyətlərimizin yüksək ləyaqətinin, ağbirçək analarımızın müdrikliyinin daşıyıcıları kimi müasir Azərbaycan xanımları öz dərin zəkaları və tükənməz daxili potensialları ilə bu gün də xalqa və cəmiyyətə fədakarcasına xidmət edirlər
Çıxış edən sədr müavini Etibar Əhmədov bu bayramın tarixindən söz açıb və xanımları təbrik edib.
Tədbirin sonunda bir qrup xanım tələbə “Dövlət Gənclər siyasətinin reallaşmasında fəal mövqeyinə görə” fəxri fərmanla təltif olunub.

Mətbuat və informasiya şöbəsi


BDU THİK 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirib

BDU THİK 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirib

Oxşar xəbərlər