Dünyanın ən kök qadını əməliyyatdan sonra 100 kiloqram arıqlayıb

Dünyanın ən kök qadını əməliyyatdan sonra 100 kiloqram arıqlayıb Dünyanın ən kök qadını İman Əhməd Abdulati Hindistanın Mumbai şəhərində keçirdiyi mədə əməliyyatından sonra 100 kiloqram arıqlayıb.
Tehsil-press.az-a xəbər verir ki, misirli qadının ailə üzvlərinin verdiyi məlumata görə, 36 yaşlı İ.Ə.Abdulati 25 ildən sonra ilk dəfə evindən bayıra çıxıb.
Qeyd edək ki, 500 kiloqram çəkisi olan qadına anası və bacısı qulluq ediblər. O, 11 yaşında ikən çəkisi artmağa başlayıb. “Fil xəstəliyi”nə tutulan qadının sağ qolu və sağ ayağı işləmir. Onu cərrah Muffazal Lakdavala əməliyyat edib.

Tehsil-press.az

Oxşar xəbərlər