Bakıda çay evində 40 yaşlı qadını döydülər

Bakıda çay evində 40 yaşlı qadını döydülər Bakıdakı çay evlərindən birində qadına qarşı xuliqanlıq edilib.

Tehsil-press.az-ın məlumatına görə, Xəzər rayon sakini, 1976-cı il təvəllüdlü Validə Hətəmova (ad şərtidir) polisə müraciət edərək bildirib ki, Sarayevo küçəsində işlədiyi "Red House" çay evində iş yoldaşı tərəfindən döyülüb. Şikayətçi əlavə edib ki, 1958-ci il təvəllüdlü Asif Alxasov onu döyməklə yanaşı həm də söyərək təhqir edib. Qadının şikayətçi olduğu şəxs polis tərəfindən saxlanılaraq dindirilib, araşdırma aparılır.

tehsil-press.az

Oxşar xəbərlər