Fransua Olland Qarabağ münaqişəsinin nizamlanması haqda

Fransua Olland Qarabağ münaqişəsinin nizamlanması haqda “Biz Dağlıq Qarabağ məsələsi haqda danışdıq və bildirdik ki, mövcud status-kvo qəbuledilməzdir. Risklər var və biz bunu keçən ilin aprel ayında baş verən insidentdən də gördük”.

Təhsil-press.az bildirir ki, bunu Parisdə sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan prezidenti İlham Əliyevlə birgə mətbuata bəyanatla çıxış edərkən Fransa prezidenti Fransua Olland deyib.
F.Olland daha sonra bildirib ki, Fransa danışıqların yenidən bərpa olunmasını arzulayır: “Minsk qrupunun həmsədri kimi istəyirik ki, digər həmsədrlər - ABŞ və Rusiya da bu prosesə töhfə versin. Düşünürük ki, parametrlər bəllidir və uzun müddətdir davam edən bu münaqişənin həlli yolunu tapmaq mümkündür. Hesab edirik ki, hər dəfə sülhə töhfəmiz beynəlxalq səviyyədə həyata keçirmək istədiyimiz fəaliyyətin və qurmaq istədiyimiz münasibətlərin məğzidir. Xüsusilə də gərginliklər olanda və hazırda Avropa ilə Türkiyə arasında olan vəziyyətdə. Bizim rolumuz aydın şəkildə bildirməkdir ki, nəyi qəbul edirik, nəyi qəbul etmirik. Avropa ilə Türkiyə arasında olan münasibətlərin sabitləşməsi üçün də töhfəmizi verməliyik. Digər mövzularda olduğu kimi, bu mövzu ilə də bağlı dialoqu təşviq etməliyik”.

Təhsil-press.az

Oxşar xəbərlər