Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) baharın gəlişi və ilaxır çərşənbəyə həsr olunan Novruz şənliyi keçirilib.
Tədbirdə tələbələrin hazırladıqıları rəngarəng Novruz xonçaları və bayram şirniyyatları nümayiş olunub.
Universitetin rektoru, professor Mustafa Babanlı iştirakçıları Bahar bayramı münasibətilə təbrik edib, xoş arzularını çatdırıb. Novruz bayramının ən qədim bayramlardan olduğunu diqqətə çatdıran rektor, xalqımızın bu günədək yaşatdığı, qoruyub gələcək nəsillərə ötürdüyü bu bayramın müstəqillik qazandıqdan sonra daha böyük təmtəraqla qeyd edildiyini bildirib.
Tanınmış incəsənət ustalarının, universitetin “Gənclik” rəqs ansamblının ifaları, Novruz bayramının məşhur personajları kosa və keçəl bayram şənliyinə xüsusi rəng qatıb. Bayram şənliyində Novruz tonqalı yandırılıb. Kosa və keçəlin səhnəcikləri, tanınmış müğənnilərin ifaları tələbələr tərəfindən böyük maraqla qarşılanıb.

ADNSU-nun Mətbuat Xidməti