Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) dörd tələbəsi yaz semestrində təhsilini Rusiyanın Ufa Dövlət Neft Texniki Universitetində (UDNTU) davam etdirəcək. .
Yanvarın 27-də universitetin rektoru, professor Mustafa Babanlı tələbələrlə görüşüb. Rektor universitetdə tələbə mübadiləsi sahəsində əməkdaşlığa xüsusi önəm verildiyini qeyd edib.
UDNTU ilə əməkdaşlığın tarixindən danışan M.Babanlı bu əlaqələrin Azərbaycanın görkəmli alimi, akademik Azad Mirzəcanzadənin adı ilə bağlı olduğunu diqqətə çatdırıb.
Gənclərin xarici ölkələrin universitetlərində ali təhsil almaq imkanı qazanmalarının respublikamız üçün böyük əhəmiyyət daşıdığını söyləyən rektor UDNTU-da təhsilini davam etdirəcək tələbələrə tövsiyələrini verib.

ADNSU-nun Mətbuat Xidməti