Azərbaycan neft məhsullarının ixracını 3 dəfə azaldıb

Azərbaycan neft məhsullarının ixracını 3 dəfə azaldıb Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycan 46 min 331,72 ABŞ dolları dəyərində 117 min 963,01 ton neft məhsulları ixrac edib. Bu barədə Dövlət Gömrük Komitəsinin xarici ticarətin gömrük statistikasının aylıq hesabatında məlumat verilib.

Məlumata görə, bu, həcm baxımından ötən ilin yanvar-fevral ayları ilə müqayisədə 215 min 594,17 ton və ya 2,83 dəfə azdır. Məbləğ baxımından isə illik nisbətdə 16 min 667,97 dollar və ya 26,46% azdır. Qeyd edək ki, 2016-cı ilin yanvar-fevral aylarında Gürcüstandan Azərbaycanda 62 min 999,69 dollar dəyərində 333 min 557,18 ton neft məhsulu ixrac edilib. Neft məhsullarının ixracı Azərbaycanın bu ilin ilk 2 ayının ümumi ixracının 2,80%-ni təşkil edib.

Tehsil-press.az


Oxşar xəbərlər