
Tehsil-press.az SOCAR-ın saytına istinadən məlumat verir ki, ümumilikdə 2016-cı ilin yanvar-iyun ayları ərzində 389 223 ton dizel yanacağı (ötən ilin analoji dövründə 491,85 min ton), 128 738 ton təyyarə yanacağı (103,51 min ton), 2298 ton soba mazutu (0,18 min ton), 46 896 ton yüksək təzyiqli polietilen (-), 7385 ton mütləqləşdirilmiş izopropil spirti (-), 35 215 ton maye piroliz qatranı (-), 23 245 ton propilen (-) və 10 085 ton butilen butadien fraksiyası (-) ixrac edilib.
2016-cı ilin iyun ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) 496,47 ABŞ dolları, təyyarə yanacağı - 451,40 dollar, dizel yanacağı - 431,56 dollar, 1% kükürdlü mazut - 247,03 dollar, yüksək təzyiqli polietilen - 1138,75 dollar, butilen butadien fraksiyası - 464,93 dollar, maye piroliz qatranı - 496,47 dollar, propilen - 652,50 avro və mütləqləşdirilmiş izopropil spirtinin qiyməti 840 avro təşkil edib.
Tehsil-press.az