Azərbaycan neft-qaz sektorunun əməliyyat hesabının profisiti 4,4 milyard dollardır

Azərbaycan neft-qaz sektorunun əməliyyat hesabının profisiti 4,4 milyard dollardır 2016-cı ildə Azərbaycanda tədiyə balansının cari əməliyyat hesabının kəsiri 1,36 milyard dollar təşkil edib.

Təhsil-press.az bu barədə Azərbaycan Mərkəzi Bankının tədiyə balansına istinadən məlumat verir.
Balansdan məlum olur ki, ötən il Azərbaycan neft-qaz sektorunun cari əməliyyat hesabının profisiti 4,4 milyard dollar təşkil edib. 2015-ci ildə bu göstərici 6,55 milyarda bərabər idi.
2016-cı ildə xarici ticarət dövriyyəsinin ümumi həcmi 22,2 milyard dollar təşkil edib.
Hesabat dövründə Azərbaycan 186 ölkə ilə ticarət əməliyyatları həyata keçirib.
2016-cı ilin yekunlarına görə, Azərbaycanın ehtiyat aktivləri 539 milyon dollar həcmində azalıb. 2015-ci ildə azalma 11,33 milyard dollara bərabər idi.

Təhsil-press.az

Oxşar xəbərlər